“SİMA imza” ilə “Portmanat”da kimliyini 1 dəqiqədə təsdiqlə! | 1news.az | Xəbərlər
Cəmiyyət

“SİMA imza” ilə “Portmanat”da kimliyini 1 dəqiqədə təsdiqlə!

Qafar Ağayev11:24 - 14 / 03 / 2024
“SİMA imza” ilə “Portmanat”da kimliyini 1 dəqiqədə təsdiqlə!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Portmanat” elektron pulqabı olub.

1news.az xəbər verir ki, artıq “Portmanat” elektron pulqabının internet saytında və mobil tətbiqində istifadəçilər kimliyini “SİMA İmza” vasitəsilə eyniləşdirə bilərlər. Belə ki, saytda və tətbiqdə qeydiyyatdan keçmiş istifadəçilər “Limitlər və imkanlar” bölməsinə daxil olub limit artırılması prosesini “SİMA İmza” sayəsində anında reallaşdıra bilərlər.

Qeyd edək ki, indiyə qədər müştərilər limit artımı üçün müraciət göndərməli, azı 1 iş günü gözləməli idilər. Prosesi səhv icra etdikdə təsdiqlənmə müddəti daha da uzanır, nəticədə eyniləşdirmə əməliyyatı zaman alırdı. “SİMA İmza” sayəsində isə müştərilər 1 dəqiqədən daha az müddətdə kimliyini təsdiqlədə bilərlər.

“SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Azərbaycan vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər olduqları yerdən elektron xidmətlərdən yararlanırlar.

Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.

Mobil tətbiqi yükləməklə əldə olunan “SİMA İmza” vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Paylaş:
240

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər