“Bakcell”ə Kommunikasiya Direktoru təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakcell”ə Kommunikasiya Direktoru təyin edilib

Qafar Ağayev17:37 - 15 / 03 / 2024
“Bakcell”ə Kommunikasiya Direktoru təyin edilib

“Bakcell”ə yeni Ictimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar üzrə Direktor təyin edilib.

1news.az xəbər verir ki, bu vəzifə Aysel Süleymanovaya həvalə olunub.

Aysel Süleymanova "Bakcell"-ə qoşulmazdan öncə Azərbaycanın milli aviadaşıyıcısı AZAL-da Kommunikasiya Direktoru və “PwC Azərbaycan” beynəlxalq konsaltinq şirkətində Marketinq və Kommunikasiya rəhbəri kimi fəaliyyət göstərib. Aysel Süleymanova eyni zamanda "AmCham Azerbaijan"-da Marketinq, Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin qurucusu və sədridir.

Bakcell şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər