“Avroviziya 2024” müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı təqdim olunub - VİDEO
“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı bu gün Bakı vaxtı ilə saat 12:30-da Avroviziyanın rəsmi Youtube kanalında və İctimai Televiziyanın canlı yayımında təqdim olunub.
1news.az xəbər verir ki, mahnı müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirir. Mahnının müəllifi bu il ölkəmizi Avroviziyada təmsil edəcək Fahree - Fəxri İsmayılov özüdür. Mahnı üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər - Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles da işləyib.
Onu da qeyd edək ki, mahnının muğam hissəsini “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin finalçısı İlkin Dövlətov ifa edib. Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar.