Siyəzəndə artilleriya mərmisi tapılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə artilleriya mərmisi tapılıb - VİDEO

10:43 - 15 / 03 / 2024
Siyəzəndə artilleriya mərmisi tapılıb - VİDEO

Siyəzən rayonunun Böyük Həmyə kəndi ərazisində artilleriya mərmisi tapılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 30 mm-lik zirehdələn zenit artilleriya mərmisi olduğu müəyyən edilib. Sursat ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Paylaş:
160

Son xəbərlər

Bütün xəbərlər