Zaqatalada 18 yaşlı gənc partlayış nəticəsində həlak olub - Araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada 18 yaşlı gənc partlayış nəticəsində həlak olub - Araşdırma aparılır

Qafar Ağayev16:07 - 16 / 03 / 2024
Zaqatalada 18 yaşlı gənc partlayış nəticəsində həlak olub - Araşdırma aparılır

Martın 16-da saat 14:30-da Zaqatala rayonu ərazisində 18 yaşlı gənc partlayış nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata göə, 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər