“TikTok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“TikTok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb

Qafar Ağayev09:52 - 16 / 03 / 2024
“TikTok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb

"TikTok"da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rüstəmli Məhərrəm saxlanılıb.

Onun avtomobilinə baxış zamanı 6 kiloqram marixuana aşkar edilib. M.Rüstəmlinin narkotiki "TikTok" platformasında tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyi müəyyən edilib.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 35 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş:
144

Son xəbərlər

Bütün xəbərlər