Sumqayıtda bağlı qapı arxasında qalan yaşlı qadın xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda bağlı qapı arxasında qalan yaşlı qadın xilas edilib - VİDEO

11:27 - 16 / 03 / 2024
Sumqayıtda bağlı qapı arxasında qalan yaşlı qadın xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən yaşlı qadına müvafiq köməklik göstərilib.

Paylaş:
297

Son xəbərlər

Bütün xəbərlər