“Yüksəliş” tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yüksəliş” intellektual kvizi həyata keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yüksəliş” tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yüksəliş” intellektual kvizi həyata keçirilib

11:50 - 17 / 03 / 2024
“Yüksəliş” tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yüksəliş” intellektual kvizi həyata keçirilib

“Yüksəliş” müsabiqəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan "Yüksəliş" intellektual kvizi – Bahar mövsümü həyata keçirilib.

1news.az xəbər verir ki, bu il ölkəmizdə keçirilməsi planlaşdırılan COP29 tədbirinin əhəmiyyətini vurğulamaq məqsədilə ekologiya, ətraf mühitin qorunması, təbii ehtiyatlardan istifadə ilə bağlı sualların üstünlük təşkil etdiyi intellektual yarış “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçılarının iştirakı üçün nəzərdə tutulub.

Yarışda 40 komanda iştirak edib. 40 komanda arasından birinci yerə “Smart Customs”, ikinci yerə “Xəzər”, üçüncü yerə isə “Hepta dron” komandaları çıxıblar.

“Yüksəliş” müsabiqəsi tərəfindən artıq ikinci dəfədir ki, yarımfinalçılar, finalçılar və qaliblər arasında intellektual yarış keçirilir. Qeyd edək ki, ötən il baş tutan yarış Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Paylaş:
287

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər