Kürdəmirdə yeniyetmələr arasında bıçaqlanma olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə yeniyetmələr arasında bıçaqlanma olub

14:03 - 18 / 03 / 2024
Kürdəmirdə yeniyetmələr arasında bıçaqlanma olub

Sumqayıtdan Kürdəmirə gələn qonaq bıçaqlanıb.

1news.az "Report"a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, bu gün saat 11 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 2008-ci il təvəllüdlü şəxsin kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Hadisəni törədən 2010-cu il təvəllüdlü bir nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.

Paylaş:
214

Son xəbərlər

Bütün xəbərlər