Lənkəranda istifadəyə verilmiş yeni penitensiar müəssisədə media-tur keçirilib - REPORTAJ | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda istifadəyə verilmiş yeni penitensiar müəssisədə media-tur keçirilib - REPORTAJ

Qafar Ağayev14:22 - 18 / 03 / 2024
Lənkəranda istifadəyə verilmiş yeni penitensiar müəssisədə media-tur keçirilib - REPORTAJ

Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən Lənkəranda istifadəyə verilmiş yeni penitensiar müəssisədə media-tur keçirilib.

1news.az
xəbər verir ki, beynəlxalq standartlara uyğun inşa olunmuş kompleksdə müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanasında isə həbs edilmiş şəxslər saxlanılacaqlar.

Media-turda Ədliyyə Nazirliyinin, Penitensiar xidmətin aidiyyəti məsul işçiləri, Milli Məclisin deputatları- Zahid Oruc, Musa Quliyev Vəkillər Kollegiyasının, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri, hüquq müdafiəçiləri, digər vətəndaş cəmiyyəti institutları və media nümayəndələri iştirak etməklə kompleksdə yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, islah prosesi zamanı yeniliklərin tətbiqi, məhkumların hüquqlarının qorunması, onların saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür.
Mediatur zamanı Ədliyyə general-mayoru Oqtay Məmmədov deyib ki, Lənkəranda yeni yaradılmış penitensiar kompleksində məhkumların məhkəməyə “online” qoşulması üçün xüsusi yerlər və üz tanınmasına dair xüsusi kompüterlər quraşdırılıb.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələri, eləcə də Ədliyyə Nazirliyinin strukturu olan Penitensiar Xidmət təkmilləşdirilir:

“Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların, təqsirləndirilən şəxslərin şəraiti yaxşılaşdırılır, hüquq və imtiyazları genişləndirilir. İdarəetmədə innovativ texnologiyalardan istifadə edilir. Bir neçə ay əvvəl Umbakı Penitensiar müəssisəsinin fəaliyyətə başlaması, eləcə də Lənkəranda yaradılan yeni cəzaçəkmə müəssisəsi məhkumlara diqqət və qayğının nümunəsidir. Beynəlxalq normalara uyğun olaraq kompleksdə bütün müasir tələblər nəzərə alınıb. Müəssisədə məhkumların məhkəməyə "online" qoşulması üçün xüsusi yerlər və üz tanınması üçün xüsusi kompüterlər var. Məhkumların asudə vaxtlarını səmərəli keçirmək üçün idman zalları, kompüter biliklərinin artırılması üçün xüsüsi yerlər nəzərdə tutulub. Eləcə islah işlərini aparmaq üçün müvafiq yerlər var".

"İki hissədən ibarət olan müəssisənin saxlanma limiti 1300 nəfərdir. Müəssisə ərazisində uzun və qısa müddətli görüş otaqları, rejim korpusları, istehsalat sahəsi peşə biliklərinin artırması üçün tədris sahəsi və digər köməkçi sahələr nəzərdə tutulub. Etibarlı mühafizə üçün mühafizə taboru, eləcə onun tərkibində konvoy tağımı fəaliyyət göstərəcək. Müəssisənin əməkdaşları üçün ərazidə 6 mərtəbəli, 2-3 otaqlı 30 mənzilli tam təmirli, təchizatlı yaşayış binası inşa edilərək istifadəyə verilib. Yaradılan şərait insan hüquqlarının qorunmasına istiqamətlənən əyani nümunədir"-, deyə Oqtay Məmmədov qeyd edib.

Eyni zamanda, məhkumların cəmiyyətə adaptasiyası, yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri üçün müxtəlif regionlarda müasir penitensiar infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülür.

Əvvəllər yeni istintaq təcridxanası və müasir penitensiar müəssisələr, eləcə də yaxın zamanda açılışı olmuş Umbakı penitensiar kompleksi istifadəyə verilmiş, Gəncə şəhərində isə inşa işləri davam etdirilir.

Görülən tədbirlər çərçivəsində Lənkəran penitensiar müəssisəsi də xüsusi əhəmiyyət kəsb edir.

Müəssisədə məhkumlar üçün zəruri şərait, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri olan kameralardan ibarət müxtəlif rejimli korpuslar inşa edilib.

Cəzaçəkmə müəssisəsi ümumi 1300 nəfər üçün nəzərdə tutulub. Onlardan 700 nəfəri istintaq təcridxanası, 600 cəzaçəkən şəxslər üçün ayrılıb.

Eyni zamanda, müəssisənin təcridxana hissəsində müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və video-görüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub.
İctimaiyyət nümayəndələri kompleksdə məhkumların tibbi təminatı ilə bağlı yaradılmış Tibb-sanitar hissələri ilə də tanış olublar.

Bildirilib ki, saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün ərazidə müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan palatalar mövcuddur.

Eyni zamanda kompleksdə məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün zəruri şəraitin yaradılması məmnunluqla qarşılanıb.
Tanışlıq zamanı həmçinin, uzunmüddətli və qısamüddətli görüş otaqlarına da baxış keçirilib.

Qeyd olunub ki, uzunmüddətli görüş otaqları studio-mənzil tipli olmaqla zəruri məişət avadanlığı ilə təchiz olunub, öz ailələri ilə rahat vaxt keçirmələri üçün yaradılan müasir şərait məhkumların sosial adaptasiyasına xidmət edir.

İştirakçılar məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman meydançaları ilə tanış olub, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün yaradılan infrastruktura maraq göstərib, məhbusların keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəxdə, yeməkxanada, habelə sənaye tipli qurğularla təchiz edilmiş camaşırxanaya baş çəkərək yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Müəssisədə qurulumuş süni intellektin tətbiqi ilə vətəndaşlara məsafədən eyni vaxtda müxtəlif ədliyyə xidmətlərinin göstərilməsini mümkün edən “ƏNTEZ” xidmət platforması barədə geniş məlumat verilib.

Tanışlıqdan sonra media nümayəndələrinin iştirakı ilə ictimaiyyət üçün brifinq keçirilib.

Brifinqdə penitensiar sistemdə aparılan islahatların, məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin müasir çağırışlara uyğun inkişafına göstərdiyi xüsusi qayğısının və diqqətinin əyani təzahürü olduğu, yeni penitensiar kompleksin tikintisinin məhkumların hüquqlarının təminatına, onların səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət etdiyi vurğulanıb.

Eyni zamanda Ədliyyə Nazirliyi rəhbərliyinin məhkumların cəmiyyətə adaptasiyasında innovativ yanaşmanın tətbiqinə önəm verdiyi bu sahədə vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub.

Çıxış edən ictimaiyyət nümayəndələri müasir penitensiar kompleksin istifadəyə verilməsinin bu sahədə aparılan islahatlara əlavə töhfə olmaqla penitensiar sistemin fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə, məhkumların hüquqlarının etibarlı təminatına yönəldiyini bildirib, dövlətin bu sahəyə diqqət və qayğısından bəhs edib, məhkumlar üçün yaradılan müasir şəraitdən məmnunluqlarını ifadə ediblər.

Vurğulanıb ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi əməldə özünü göstərir, istifadəyə verilmiş yeni müəssisələrdə yaradılan yüksək şərait bunun bariz nümunəsidir.

Paylaş:
259

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər