“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsində 82 layihə təklifi qəbul edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsində 82 layihə təklifi qəbul edilib

Qafar Ağayev14:39 - 19 / 03 / 2024
“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsində 82 layihə təklifi qəbul edilib

“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatı tərəfindən fevralın 13-də elan olunmuş qrant müsabiqəsinə layihələrin qəbulu prosesi başa çatıb.

Xatırladaq ki, müsabiqə üzrə ayrılmış qrant məbləğləri hər layihə üçün 17.000- 42.000 AZN- ni əhatə edir.

Müsabiqənin məqsədi Azəbaycanda həssas ehtiyac qruplarına, şəhid və qazi ailələrinə təsirli, dayanıqlı və miqyaslana bilən dəstəyin göstərilməsidir. O cümlədən, bu əhali qrupu üçün peşəkar bacarıqların yaradılması, gələcəyə yönəlik sosial layihələrin həyata keçirilməsinin təşviq edilməsidir.

Yuxarıda göstərilən istiqamətlər üzrə hüquqi şəxslər və Qeyri-Hökumət Təşkilatları (QHT) tərəfindən 82 layihə təklifi qəbul edilib.

Layihələrin icra təklifləri paytaxt daxil olmaqla 30 şəhər və rayonu, o cümlədən 3 iqtisadi rayonu əhatə edir. Təkliflər sırasında say etibarı ilə müxtəlif benefisiar qrupa xidmət edən Məşğulluq/ Biznes/ Karyera layihələri (24 layihə) üstünlük təşkil edir. 15 təklif şəhid ailələri və müharibə iştirakçılarına istiqamətlənmiş psixososial dəstək layihələri, 21 təklif isə təhsilə, o cümlədən qızların təhsilinə yönəlik layihələrdi. Daha 22 layihə təklifi isə səhiyyə xidmətlərinin əlçatanlığı, fiziki məhdudiyyətli qruplarla iş, film və kitab istehsalı, narkomaniya və aludəçilik, gənclərlə iş və turizmin inkişafı mövzularını əhatə edir.

Hazırda müsabiqənin qəbul komissiyası tərəfindən təkliflər təhlil edilir. Müsabiqənin qalibləri cari ilin aprel ayının 10-da ictimaiyyətə təqdim olunacaq. Qrant müsabiqəsini qazanmış layihələr Təşkilatın https://forazerbaijan.org portalında dərc olunacaq

Paylaş:
219

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər