Ordubada güclü yağış səbəbindən dağlardan gələn torpaq avtomobil yolunu bağlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ordubada güclü yağış səbəbindən dağlardan gələn torpaq avtomobil yolunu bağlayıb

17:19 - 20 / 03 / 2024
Ordubada güclü yağış səbəbindən dağlardan gələn torpaq avtomobil yolunu bağlayıb

Naxçıvanın Ordubad rayonunda yağan güclü yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar Pəzməri kənd avtomobil yoluna tökülüb.

1news.az APA-ya istinadən xəbər verir ki, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən məlumata görə, nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.

Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.

Paylaş:
182

Son xəbərlər

Bütün xəbərlər