Ötən gün axtarışda olan 43 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün axtarışda olan 43 nəfər saxlanılıb

Qafar Ağayev11:18 - 26 / 03 / 2024
Ötən gün axtarışda olan 43 nəfər saxlanılıb

Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Paylaş:
305

Son xəbərlər

Bütün xəbərlər