Naxçıvan-Sədərək yolunda qəza olub, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvan-Sədərək yolunda qəza olub, xəsarət alanlar var

17:26 - 27 / 03 / 2024
Naxçıvan-Sədərək yolunda qəza olub, xəsarət alanlar var

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Kəngərli rayonu ərazisində qeydə alınıb. Sədərək rayon sakini 1967-ci il təvəllüdlü Əhmədov İlqar Rzaqulu oğlunun idarə etdiyi 68-BF-363 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobillə Kəngərli rayonu Xok kənd sakini Adıgözəl Bağırovun idarə etdiyi 74-BA-593 dövlət nömrə nişanlı, "VAZ-2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində, hər iki sürücü xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər