Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
Martın 18-22 tarixlərində Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyasının iclasında Baş Prokurorluğunu Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təmsil edib.
Baş Prokurorluqdan 1news.az-a bildirilib ki, komissiyanın iclasları zamanı narkotiklərə nəzarət üzrə beynəlxalq müqavilələrin və narkotik siyasəti üzrə öhdəliklərin həyata keçirilməsi, dünyada narkotik probleminin həlli və ona qarşı mübarizədə qurumlararası əməkdaşlıq və səylərin əlaqələndirilməsi, o cümlədən, komissiyanın yardımçı orqanlarının tövsiyələri ilə bağlı məsələlər müzakirə edilib.
Məlumata əsasən, iclasda 23 yeni narkotik vasitə, psixotrop maddə və onları prekursorları qadağan edilmiş maddələrin siyahısına əlavə olunub və 4 yeni qətnamə qəbul edilib.