Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıb

Qafar Ağayev10:20 - 28 / 03 / 2024
Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıb

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 27-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, 4200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Paylaş:
172

Son xəbərlər

Bütün xəbərlər