Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıb

11:51 - 29 / 03 / 2024
Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıb

Polis əməkdaşları ötən gün ölkə ərazisində 50 kiloqramdan artıq narkotik aşkarlayıblar.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 6,8 kiloqramdan artıq heroin, 39 kiloqrama yaxın marixuana, 2,7 kiloqramdan çox tiryək, 2 kiloqramdan artıq metamfetamin, həmçinin 2155 ədəd metadon həbi olub.

Paylaş:
279

Son xəbərlər

Bütün xəbərlər