Sumqayıtda 5 mindən çox abonentin qazı kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda 5 mindən çox abonentin qazı kəsiləcək

14:12 - 30 / 03 / 2024
Sumqayıtda 5 mindən çox abonentin qazı kəsiləcək

Aprelin 1-də Sumqayıt şəhərində 5 300 abonenetə təbii qazın verilişində fasilə yaranacaq.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.

Məlumata görə, buna səbəb şəhərin Köhnə Corat və Təzə Corat qəsəbələri ərazisində qeyri-qanuni birləşmələrin ləğvi, “Təmiz Qaz” QSC-nin aşkar etdiyi qaz sızmalarının aradan qaldırılmasıdır. Odur ki, bazar ertəsi saat 10:00-dan işlər yekunlaşana qədər qaz təchizatında məhdudiyyətlər olacaq.

Paylaş:
308

Son xəbərlər

Bütün xəbərlər