Bərdədə Ağdam sakinindən 3 kiloqramdan artıq heroin aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə Ağdam sakinindən 3 kiloqramdan artıq heroin aşkarlanıb

15:05 - 30 / 03 / 2024
Bərdədə Ağdam sakinindən 3 kiloqramdan artıq heroin aşkarlanıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdam rayon sakini Camal Hüseynov saxlanılıb. Həmin şəxsdən 3 kiloqramdan artıq heroin aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a bildirilib ki, C.Hüseynov narkotik vasitəni satış məqsədi əldə etdiyini bildirib.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
287

Son xəbərlər

Bütün xəbərlər