Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb

10:19 - 30 / 03 / 2024
Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb

Daxili İşlər Nazirliyi (DİN) ötən gün vətəndaşlardan götürülən silah-sursatların sayını açıqlayıb.

Bu barədə 1news.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 tüfəng, 5 patron darağı və 223 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Bundan başqa, qanunsuz saxlanılan 1 ədəd tapança, 2 ədəd müxtəlif markalı tüfəng və 1 patron darağı aşkar edilərək götürülüb.

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər