Abşeronda yeznə-qayın mübahisəsi ölümlə nəticələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda yeznə-qayın mübahisəsi ölümlə nəticələnib

12:38 - 30 / 03 / 2024
Abşeronda yeznə-qayın mübahisəsi ölümlə nəticələnib

Abşeron rayonunda yeznə və qayının mübahisəsi ölümlə nəticələnib.

1news.az "Report"a istinadən məlumat verir ki, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, martın 19-da 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov öz qayını ilə mübahisə edib. Ağır xəsarətlər alan yaralı dərhal xəstəxanaya çatdırılıb.

O, 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
358

Son xəbərlər

Bütün xəbərlər