Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb

15:56 - 01 / 04 / 2024
Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Xidmətdən 1news.az-a verilən xəbərə görə, məhkum Elxan Silyan oğlu Hümbətovla qısamüddətli görüşə gəlmiş bibisi oğlu Arzuman Qurban oğlu Nəcəfovun əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Mini Bentley”markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər