Bakının Nərimanov rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Nərimanov rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb

15:01 - 02 / 04 / 2024
Bakının Nərimanov rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının Nərimanov rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə içməli sudan qanunsuz istifadə halları aşkarlanıb.

1news.az bu barədə Agentliyə istinadən xəbər verir.

6-cı köndələn küçəsində bir sahibkara məxsus avtoyuma məntəqəsi, kafe və kirayə yaşayış evlərinin su təchizatı sistemlərinə baxış keçirilib. Məlum olub ki, bu obyektlərin içməli sudan istifadəsi üçün müqaviləsi və 2 ədəd sayğacı var. Lakin obyekt sahibi sayğacdankənar xətt çəkərək uçotdan yayınıb. Bununla əlaqədar əvvəllər su təchizatı dayandırılsa da sahibkar qonşu obyektin xəttinə qanunsuz müdaxilə edərək suyun talanmasını davam etdirib.

Nərimanov rayonunun Əliyar Əliyev küçəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə də sudan qeyri-qanuni istifadənin qarşısı alınıb. Yaşayış evinin su təchizatı sisteminə qoşulması üçün texniki şərti yoxdur və müqavilə bağlanmayıb. Evin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyekytlərində də qanunsuz çəkilmiş xətt vasitəsilə sudan istifadə edilib.

Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib. Qeyd edək ki, cari ilin ötən dövründə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı Nərimanov rayonunda 9, ümumilkdə isə 705 fakt aşkarlanaraq qarşısı alınıb

"Vətəndaşların və sahibkarların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə Agentlik bəyan edib.

Paylaş:
210

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər