Havada tozun miqdarı normadan 1,5 dəfə çoxdur
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün gecə saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Bu barədə 1news.az-a Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.
O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır:
“Peyk görüntülərinə əsasən, tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.
202