Bakıda liftdə köməksiz qalan sakin xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda liftdə köməksiz qalan sakin xilas edilib - VİDEO

Qafar Ağayev09:39 - 02 / 04 / 2024
Bakıda liftdə köməksiz qalan sakin xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən səkkizmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən səkkizmərtəbəli çoxmənzilli yaşayış binasının lifti səkkizinci mərtəbəyə keçiddə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə lifti yeddinci mərtəbəyə endirib qapını açaraq köməksiz vəziyyətdə qalan sakini xilas ediblər.

Paylaş:
176

Son xəbərlər

Bütün xəbərlər