Martda yol qəzalarının və qəzalarda ölənlərin sayı azalıb - STATİSTİKA
Mart ayı ərzində Respublika yollarında ölüm və xəsarətlə nəticələnən 113 yol nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 49 nəfər dünyasını dəyişmiş, 106 nəfər isə xəsarət alıb.
1news.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinə dair aylıq hesabatında qeyd olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol nəqliyyat hadisələri 15 faiz, ölüm halı 22 faiz, xəsarət faktı isə 6 faiz azalıb.
Yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə yönələn tədbirlərin və bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrası bundan sonra da davam etdiriləcəkdir.
215