Azad olunmuş ərazilərdə dəmir yolu xətlərinin keçdiyi sahələrdə 8500-dən çox mina zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunmuş ərazilərdə dəmir yolu xətlərinin keçdiyi sahələrdə 8500-dən çox mina zərərsizləşdirilib

Qafar Ağayev16:29 - 04 / 04 / 2024
Azad olunmuş ərazilərdə dəmir yolu xətlərinin keçdiyi sahələrdə 8500-dən çox mina zərərsizləşdirilib

Ötən il “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərinin keçdiyi ərazilər də daxil olmaqla 53 min hektardan çox sahə minalardan təmizlənib.

ADY-dən 1news.az-a verilən məlumata görə, hesabat dövründə qeyd olunan ərazilərdə 8 500-dən çox mina zərərsizləşdirilib.

“İşğaldan azad edilmiş ərazilərimiz minalardan təmizləndikcə bərpa və yenidənqurma işləri sürətlənir, soydaşlarımızın doğma yurd-yuva həsrəti getdikcə sona çatır”, - məlumatda qeyd olunur.

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər