İsmayıllıda dibçəklərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda dibçəklərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

11:09 - 04 / 04 / 2024
İsmayıllıda dibçəklərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxs, rayon sakini Əflatun Mirzəyevin yaşadığı ünvana baxış keçirilərkən dibçəklərdə əkib-becərdiyi 57 ədəd çətənə bitkisinin şitilləri aşkar edilib.

O, ifadəsində narkotik tərkibli bitkiləri 1 ay əvvəl əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər