Hazırda ən güclü külək Bakı və Abşeron yarımadasında müşahidə olunur - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

Hazırda ən güclü külək Bakı və Abşeron yarımadasında müşahidə olunur - Faktiki hava

Qafar Ağayev12:32 - 04 / 04 / 2024
Hazırda ən güclü külək Bakı və Abşeron yarımadasında müşahidə olunur - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin 4 aprel saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli hava şəraiti davam edir.

1news.az xəbər verir ki, Hazırda ən güclü külək Bakı və Abşeron yarımadasında müşahidə olunur, küləyin maksimal sürəti 30 m/s-dir.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, səhər saatlarından başlayaraq bölgələrdə müşahidə olunan güclü şimal-qərb küləyi artıq qərb rayonlarında nisbətən zəifləyib.

“Belə ki, hazırda küləyin maksimal sürəti Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Mingəçevir, Yevlax, Tərtərdə 22 m/s, Şabran, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Bərdədə 18 m/s, Ağdam, Xaçmazda 16 m/s-dir.

G.Məmmədova qeyd edib ki, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər