Ağdaşda narkokuryerlik etməkdə təqsirləndirilən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda narkokuryerlik etməkdə təqsirləndirilən şəxs saxlanılıb

09:19 - 05 / 04 / 2024
Ağdaşda narkokuryerlik etməkdə təqsirləndirilən şəxs saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Novruz Əhmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, ondan 1 kiloqram 200 qram heroin aşkar edilib.

Həmin şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu “Mustafa” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini bildirib.

N.Əhmədovun maddi vəsait qarşılığında narkokuryerlik etməyə razılaşdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Paylaş:
269

Son xəbərlər

Bütün xəbərlər