Abşeronda 10 gün əvvəl ağacdan yıxılan kişi ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda 10 gün əvvəl ağacdan yıxılan kişi ölüb

10:47 - 05 / 04 / 2024
Abşeronda 10 gün əvvəl ağacdan yıxılan kişi ölüb

Abşeron rayonunun Pirşağı qəsəbəsində 10 gün əvvəl ağacdan yıxılan 34 yaşlı kişi müalicə olunduğu xəstəxanada ölüb.

1news.az "Report"a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Elvin İsgəndər oğlu Pənahov ağacdan yıxılıb.

Hadisə nəticəsində o, ağır xəsarət alıb və Sumqayıtda xəstəxanaya yerləşdirilib.

Aparılan müalicələrə baxmayaraq E.Pənahov bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər