Qusarda yük avtomobili fəhləni vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda yük avtomobili fəhləni vuraraq öldürüb

17:33 - 06 / 04 / 2024
Qusarda yük avtomobili fəhləni vuraraq öldürüb

Qusar rayonunda yük avtomobili yolda işləyən fəhləni vurub.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Qusar rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, həmin ərazidə elektrik xətlərində təmir işləri aparan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Abdullayev Şakir Sadıq oğlunu "TIR" vurub. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
208

Son xəbərlər

Bütün xəbərlər