Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA

18:00 - 06 / 04 / 2024
Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava proqnozu açıqlanıb.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, 6 aprel saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Xaçmaz, Xaltan, Mingəçevir, Yevlaxda yağış, Laza (Qusar), Xınalıq, Qrız, Şahdağda qar yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17 dərəcəyədək, Naxçıvan MR-da 20 dərəcəyədək, Aran rayonlarında 19 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.

Paylaş:
331

Son xəbərlər

Bütün xəbərlər