Nizami rayonunda binanın arxasından qadın meyiti aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nizami rayonunda binanın arxasından qadın meyiti aşkarlanıb

1news Redaksiyası09:59 - 06 / 04 / 2024
Nizami rayonunda binanın arxasından qadın meyiti aşkarlanıb

Bakı şəhəri, Nizami rayonunda binanın arxasında qadın meyiti tapılıb.

1news.az xəbər verir ki, ötən gün Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən binalardan birinin arxasında üzərində zorakılıq əlamətləri olmayan naməlum qadın meyiti aşkar olunub.

Hazırda naməlum meyitin şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş:
441

Son xəbərlər

Bütün xəbərlər