Səbaildə piyada svetoforunun düyməsi sındırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbaildə piyada svetoforunun düyməsi sındırıldı

Qafar Ağayev16:07 - 08 / 04 / 2024
Səbaildə piyada svetoforunun düyməsi sındırıldı

Naməlum şəxs və ya şəxslər Bibiheybət yolu, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin qarşısında yerləşən 1 ədəd piyada svetoforunun düyməsini sındırıblar.

1news.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Nəticədə də svetofor işləmədiyindən piyadalar yolu keçməkdə çətinlik çəkirlər. Problemin qısa zaman ərzində həll edilməsi üçün tədbirlər görülür. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi xatırladır ki, dövlət əmlakının qəsdən məhv edilməsi və zədələnməsi müvafiq olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır.

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər