Zərdabda ölümlə nəticələnən avtoqəza olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Zərdabda ölümlə nəticələnən avtoqəza olub

15:51 - 08 / 04 / 2024
Zərdabda ölümlə nəticələnən avtoqəza olub

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az ”Report”a istinadən xəbər verir ki, hadisə Kürdəmir- Zərdab yolunun rayonun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə "VAZ-2106"-nın sürücüsü E.Eyyubov hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş:
187

Son xəbərlər

Bütün xəbərlər