Tovuz monitorinq keçirildi: Kollec direktoru işdən çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuz monitorinq keçirildi: Kollec direktoru işdən çıxarıldı

Qafar Ağayev09:49 - 08 / 04 / 2024
Tovuz monitorinq keçirildi: Kollec direktoru işdən çıxarıldı

Martın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində olublar.

1news.az xəbər verir ki, monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb.

Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər