Dövlət Komitəsində BMT nümayəndələri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsində BMT nümayəndələri ilə görüş keçirilib

Qafar Ağayev16:40 - 09 / 04 / 2024
Dövlət Komitəsində BMT nümayəndələri ilə görüş keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (Qaçqınkom) BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) ölkəmizdəki nümayəndəsi xanım Bik Lum və nümayəndəliyin məsul əməkdaşları ilə görüş keçirilib.

1news.az xəbər verir ki, bu barədə "Qaçqınkom" məlumat yayıb.

Bildirilib ki, komitə sədri Rövşən Rzayev qonaqlara işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında keçmiş məcburi köçkünlərin qayıdışının təşkili ilə bağlı tədbirlər barədə məlumat verib.

Xanım Bik Lum təmsil etdiyi beynəlxalq təşkilatın cari fəaliyyəti, qarşıdakı dövrdə Böyük Qayıdış proqramına dəstək niyyətləri və bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Görüşdə, həmçinin BMT QAK-ın Dövlət Komitəsi ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran məsələlərə münasibət bildirilib.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər