Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb

Qafar Ağayev10:45 - 09 / 04 / 2024
Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb

Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Xudaverdiyev saxlanılıb.

Onun əlindəki çuvaldan 10 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə V.Xudaverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər