Ramazan bayramını “Lladro” brendi ilə qeyd edin: Şərq gecələrinin hekayəsi “Majestic Nights” kolleksiyasında - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramazan bayramını “Lladro” brendi ilə qeyd edin: Şərq gecələrinin hekayəsi “Majestic Nights” kolleksiyasında - FOTO

11:52 - 09 / 04 / 2024
Ramazan bayramını “Lladro” brendi ilə qeyd edin: Şərq gecələrinin hekayəsi “Majestic Nights” kolleksiyasında - FOTO

Şəhrizadənin dillər əzbəri olmuş nağıllarını nəfis çini ev aksessuarlarında təcəssüm etdirən dünya şöhrətli “Lladro” (İspaniya) brendinin yeni kolleksiyasının Azərbaycandakı premyerası Ramazan bayramına təsadüf edir.

İnsanı ovsunlayan sehrli “1001 gecə” nağıllarından ilhamlanan yeni “Majestic Nights” kolleksiyasının dünya premyerası 2024-cü ilin yanvarında Paris şəhərində dəb və həyat tərzinə həsr olunmuş beynəlxalq “Maison&Objet” sərgisində baş tutmuşdur. Azərbaycan yeni kolleksiyanı birinci görən ölkələr sırasındadır.

“Majestic Nights” kolleksiyasının əsas dekorativ motivi qəfəs formasında hazırlanmış nəfis şərq naxışıdır: müdrik və fəsahətli gözəl Şəhrizadə ay işığına bu qəfəsdən tamaşa edərdi. Bu ev aksessuarlarının əşyalar seriyasına dörd nimçə və mücrü, ətirli şam və şamdan, ətir diffuzoru və naqilsiz lampa daxildir. Qədim şərq nağıllarının ab-havası neçə-neçə əsri geridə qoyaraq evinizə daxil olur: havada ədviyyat və xoş qoxu hiss olunur, şam öz narın alovu ilə həzin-həzin şölə saçır, işıq isə zərif çini üzərində öz şıltaq oyununa başlayır...

Şərq üslublu bu müəllif naxışı “Lladro” brendinin ornamental rəssamlarının incə əl işidir və xüsusi olaraq “Majestic Nights” kolleksiyası üçün hazırlanmışdır. Kolleksiyanın bütün əşyalarını şəbəkə motivi bəzəyir. Şamdan, lampa və diffuzorun müxtəlif yaşıl çalarları olan qübbələri qızıl aypara ilə taclandırılıb. Dizaynerlər şam və simsiz lampalar üçün işıqkeçirici yarımşəffaf çinidən istifadə ediblər: nüfuz edən isti və yumşaq işıq ətrafda xoş atmosfer yaradır və diqqəti zərif şərq naxışlarına yönəldir.

Şəhrizadənin qədim nağılları sezilən forma, rəng və ətirlərə çevrilərək bütün hissiyyat orqanlarını sehrli səyahətə aparır və təxəyyülü ovsunlayaraq romantik əhval-ruhiyyə yaradır. Diffuzorlu konusların ətri buxur və ətirli qatrandan (mirra) hazırlanıb, şamdan isə ətrafa ədviyyəli “Secret Orient” şərq ətrini yayır.

“Majestic Nights” həyatı bir anlıq durdurmaq, onu xoşbəxt sonluqla bitən nağıla çevirmək və hər gecə təkrarlanan sehrli hekayənin həmmüəllifi olmaq üçün ideal fürsətidir.

Bu mübarək Ramazan bayramında “Lladró” brendinin “Majestic Nights” kolleksiyası bayram süfrəsini bəzəmək, evdə xoş ab-hava yaratmaq üçün ideal seçimdir və yaxınlarınız üçün bu müqəddəs ayın əsrlik adət-ənənələrinə hörməti əks etdirən gözəl hədiyyə olacaq!

“Majestic Nights” kolleksiyası artıq “Lladró” butiklərində təklif olunur. Sizi istənilən məkanın ab-havasını dəyişdirə bilən dekorativ-tətbiqi sənətin müasir şah əsərləri ilə tanış olmağa dəvət edirik!

“Lladró” brendinin Azərbaycanda eksklüziv nümayəndəsi “Italdizain” şirkətidir.

Ünvan: 28 may küçəsi, 7A, Azərbaycan Respublikası, Bakı ş.

Əlaqə telefonu: +994 (12) 498-00-53

“Lladro” brendi və onun kolleksiyaları haqqında daha ətraflı məlumatı https://italdizain.az/brands/lladro vebsaytından əldə etmək mümkündür.

“Italdizain” şirkəti haqqında

“Italdizain” şirkəti 1996-cı ildə təsis olunub və öz fəaliyyətinə mətbəx üçün keyfiyyətli italyan avadanlıqlarının Azərbaycanda satışı ilə başlayıb. Zaman keçdikcə, böyüyən və inkişaf edən “Italdizain” şirkəti yeni istiqamətlər açaraq öz biznesini daha da genişləndirib. Hazırda isə “Italdizain” şirkəti zərgərlik məmulatları, saatlar, qab-qacaq, eləcə də ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış onlarla butiki özündə birləşdirən böyük holdinqdir.

“Lladró” brendi haqqında:

1953-cü ildə Valensiyada əsası qoyulmuş “Lladró” brendi çini məhsulların bədii tərtibatla hazırlanması sahəsində dünya lideridir və öz dizayner, rəssam və heykəltəraşlarının misilsiz bacarıqları sayəsində beynəlxalq miqyasda şöhrət qazanmışdır. “Lladró” brendinin çini serviz dəstləri və kolleksiya heykəlcikləri Valensiyada yerləşən və dünyada analoqu olmayan fabrikdə əl ilə hazırlanır və daha sonra 120-dən çox ölkədə “Premium” səviyyəli butiklərə, eləcə də şəxsi və nüfuzlu muzey kolleksiyalarına göndərilir.

Bütün məmulatlar heykəltəraşlar və sənətkarlar tərəfindən yüksək dəqiqlik və peşəkarlıqla hazırlanır. “Lladró” brendinin mahir ustaları qədim texnologiyaları müxtəlif rəng və tamamlama palitrası ilə bir araya gətirirlər. Brend öz yaradıcılıq üslubunu daim təkmilləşdirməklə yanaşı, ənənələrə qoruyub saxlayır və məşhur müasir rəssam və dizaynerlərlə əməkdaşlığı inkişaf etdirir.

2016-cı ildən etibarən, “Lladró” brendi İspaniyanın “PHI Industrial Acquisitions” birbaşa investisiyalar fondu holdinqinin bir hissəsidir. Bu gün “Lladró” kolleksiya heykəlcikləri, serviz dəstləri, heykəltəraşlıq kompozisiyaları, işıqlandırma elementləri, bəzək əşyaları və moda aksessuarları istehsal edir. “Lladró” brendi kommersiya yönümlü butiklər və səlahiyyətli distribyutorlardan ibarət geniş şəbəkəsi sayəsində dünya üzrə 1200-dən çox satış nöqtəsinə malikdir və müasir ispan dekorativ-tətbiqi sənətinin səfiri statusunu daşıyır.

Reklam hüququnda

Paylaş:
136

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər