Agentlikdən Ukraynada təhsil almaq istəyənlərə ÇAĞIRIŞ
“Təəssüf ki, bəzi şirkətlər insanları bir növ aldadaraq bu cür müharibə şəraitində olan ölkələrdəki universitetlərə yönəldirlər”.
1news.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların Tanınması Departamentinin direktoru Aysel Kərimli deyib.
“Vətəndaşları bu cür hallara qarşı diqqətli olmağı çağırırıq. Hazırda Ukraynada müharibə şəraiti səbəbindən tələbələr dərslərdə belə iştirak edə bilmirlər. Bu da sonda diplomun tanınmaması problemi yaradır. Ukraynada təhsil almaq istəyən tələbələrə birmənalı olaraq həmin ölkədəki universitetlərə getməməyi tövsiyə edirik”, - o qeyd edib.
167