Şəmkirdə evin damından meyit tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə evin damından meyit tapılıb

12:35 - 09 / 04 / 2024
Şəmkirdə evin damından meyit tapılıb

Şəmkir rayonu, Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının damında meyit tapılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının damında ölən 1 nəfərin meyitinin düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit binanın damından düşürülərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
292

Son xəbərlər

Bütün xəbərlər