Kəlbəcərdə aşan yük maşınının sürücüsünün meyiti aşkarlandı - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcərdə aşan yük maşınının sürücüsünün meyiti aşkarlandı - FOTO - YENİLƏNİB

17:11 - 12 / 04 / 2024
Kəlbəcərdə aşan yük maşınının sürücüsünün meyiti aşkarlandı - FOTO - YENİLƏNİB

Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

1news.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

12:12

Kəlbəcərdə yük maşının çaya aşması nəticəsində sürücünü sel aparıb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, ölən Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovdur.

Hazırda axtarış işləri davam etdirilir.

Paylaş:
523

Son xəbərlər

Bütün xəbərlər