Kürdə batan altı yaşlı uşaq və atasının axtarışları davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdə batan altı yaşlı uşaq və atasının axtarışları davam edir

15:41 - 13 / 04 / 2024
Kürdə batan altı yaşlı uşaq və atasının axtarışları davam edir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Kürün Ağcəbədi rayonundan keçən hissəsində ata və qızının axtarışlarına cəlb olunub.

1news.az bu barədə AZƏRTAC-a istinadən məlumat verir.

Xatırladaq ki, ötən gün axşam saatlarında Zərdabın Qoruqbağı kənd sakini 6 yaşlı Səma Süleymanlı və onun atası Vaqif Süleymanlı Kür çayında batıblar. Yerli sakinlərin sözlərinə görə, əvvəlcə 6 yaşlı Səma suya yıxılıb. Atası övladını xilas etmək üçün onun ardınca suya atılıb. Onların hər ikisi suda boğulublar.

Paylaş:
232

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər