MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Qafar Ağayev09:10 - 13 / 04 / 2024
MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb” - deyə məlumatda qeyd olunur.

Paylaş:
290

Son xəbərlər

Bütün xəbərlər