Yalçın Rəfiyev: “COP29-a hazırlıqla bağlı Azərbaycan nümayəndə heyəti tərəfindən bir çox dövlətlərə səfərlər edilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Yalçın Rəfiyev: “COP29-a hazırlıqla bağlı Azərbaycan nümayəndə heyəti tərəfindən bir çox dövlətlərə səfərlər edilib”

Qafar Ağayev12:17 - 15 / 04 / 2024
Yalçın Rəfiyev: “COP29-a hazırlıqla bağlı Azərbaycan nümayəndə heyəti tərəfindən bir çox dövlətlərə səfərlər edilib”

“COP29-a hazırlıq üzrə Azərbaycan nümayəndə heyəti tərəfindən bir çox dövlətlərə səfərlər edilib, COP-la bağlı təcrübələr toplanılıb. COP29-la bağlı gözlənilən müzakirələr edilib”.

1news.az xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev keçirilən mətbuat konfransında deyib.

“İqlim maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları var. Bakı COP-u ilə bağlı əsas gözlənti tərəflər arasında fikir ayrılıqlarını nəzərə almaqla konsensus yaratmaqdır”.

Yalçın Rəfiyev COP29-dan gözlənilən yekun sənədlər üzrə danışıqlar gündəliyinə də aydınlıq gətirib.

O bildirib ki, Azərbaycan konfransa ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır.

“COP29 danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur və danışıqların uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəal iş aparılır”, - deyə o əlavə edib.

Paylaş:
403

Son xəbərlər

Bütün xəbərlər