39 nəfər buraxılış imtahanında 300 bal toplayıb
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanında nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər imtahana gəlməyib.
Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən məlumata görə, imtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.
Qeyd olunub ki, imtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 23-25 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.