Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Qafar Ağayev15:22 - 16 / 04 / 2024
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib.

DİN-dən 1news.az-a verilən xəbərə görə, tədbir zamanı paytaxt sakini Rəşad Adıgözəlov və tanışı Ağakərim İsmayılov Abşeron rayonu ərazisində saxlanılıblar. Onlardan və Masazır qəsəbəsində narkoanbar kimi istifadə etdikləri evdən 24 kiloqram, o cümlədən 20 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 2 kiloqram heroin və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib.

R.Adıgözəlov və A.İsmayılov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Babək” adlı şəxsin tapşırığı ilə Binəqədi rayonu Xocahəsən qəsəbəsi ərazisində gizlədilən ünvandan əldə etdiklərini bildiriblər. Saxlanılan şəxslər narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imişlər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
215

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:3831 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09
Bütün xəbərlər