Cəbrayılda minalar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılda minalar aşkarlanıb

Qafar Ağayev09:36 - 16 / 04 / 2024
Cəbrayılda minalar aşkarlanıb

Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində minalar aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları ərazidən 29 ədəd tank və piyada əleyhinə mina, 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Paylaş:
256

Son xəbərlər

Bütün xəbərlər