Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıb
Ramazan bayramı ilə əlaqədar aprel ayının 10-dan 15-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində 32 yol-nəqliyyat hadisəsi olub.
1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, nəticədə 9 nəfər həyatını itirib, 39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Həmçinin məlumatda qeyd edilib ki, builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 22 faiz, ölüm faktı 35 faiz, xəsarətlərin sayı isə 40 faiz azalıb.
221